ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ-nin Arizona ştatında daşqınlar nəticəsində üç nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
"Report"un məlumatına görə, bu barədə "ABC News" səlahiyyətlilərə istinadən məlumat yayıb.
Xil dairəsinin fövqəladə hallar üzrə direktoru Karl Melford bildirib ki, qurbanların meyitləri təxminən 7 250 nəfərlik Qloube şəhərində (Finiksdən təxminən 140 kilometr şərqdə) tapılıb.
Məlumata görə, xilasetmə əməliyyatı gecə ərzində davam edib və axtarışları davam etdirmək üçün şənbə günü əlavə yardım gəlib. Xilasedicilər insanları zədələnmiş binalar, təhlükəli kimyəvi maddələr və sel sularının apardığı propan çənləri də daxil olmaqla dağıntılar səbəbindən keçmiş mədən şəhərinin tarixi mərkəzindən uzaq durmağa çağırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.