Bizim media saytına istinadən ain.az xəbər verir.
Argentinalı hücumçu Lionel Messi "İnter Mayami" ilə yeni müqavilənin bütün şərtlərinə razılaşıb.Bizim.Media xəbər verir ki, bu barədə insayder jurnalist Nikolo Şira özünün "X" səhifəsində yazıb.Messinin hazırkı müqaviləsi ilin sonuna qədərdir.
İyul ayında jurnalist Havi Kampos bildirib ki, Messi növbəti Dünya Çempionatında (2026) və Amerika Kubokunda (2028) oynamaq istədiyi üçün klubla müqaviləsini 2028-ci ilin sonuna qədər uzatmaq niyyətindədir.
38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edib. Messi karyerası ərzində "Barselona" və "Paris Sen-Jermen"də çıxış edib. Argentinalı səkkiz "Qızıl top" mükafatını qazanıb. Argentina milli komandası ilə 2022 Dünya Kubokunu, 2021 və 2024 Copa America, 2022 Finalissima və 2008 Olimpiya Oyunlarını qazanıb.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.