EN

Marko Rubio: ABŞ hələ də İranın nüvə sazişi üzrə razılaşmaya ümid edir

Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.

O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-ın şərq sahilləri vaxtı ilə saat 20:00-da bərpa edilib. (28 sentyabr, Bakı vaxtı ilə saat 4:00-da).

"Prezident (Donald) Tramp açıq şəkildə bildirib ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran düzgün, vaxt itirmədən və yayındırmadan aparılan birbaşa danışıqlara razılıq verməlidir", - deyə o bildirib.

Chosen
4
3
ikisahil.az

5Sources