EN

III MDB Oyunlarında bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanda təşkil olunan III MDB Oyunları davam edir.

News24.az xəbər verir ki, bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq.

Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə mübarizə baş tutacaq.

Şəki şəhər stadionunda isə çövkən oyunlarına start veriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək.

B Qrupunda Özbəkistanla Qazaxıstan münasibətlərə aydınlıq gətirəcək.

Gəncə İdman Sarayında üzgüçlüyün bir neçə növü üzrə final görüşləri keçiriləcək.

Qeyd edək ki, yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Chosen
79
3
news24.az

10Sources