EN

İnstagram və Facebook istifadə edənlərə BƏD XƏBƏR

News24 saytına istinadən ain.az xəbər verir.

Sosial media nəhəngi Meta “Facebook” və “Instagram” platformalarında reklamsız abunəliyə başlayır.

News24.az xəbər verir ki, önümüzdəki həftələrdə İngiltərədə satışa çıxarılacaq bu yeni modellə istifadəçilər reklamsız təcrübə üçün ödəniş edə biləcəklər.

İstifadəçilər reklamsız istifadə üçün ödəniş etməyi və ya pulsuz davam edərək reklamlarla qarşılaşmağı seçə bilərlər.

Önümüzdəki həftələrdə tətbiq olunacaq sistem iOS və Android istifadəçiləri üçün ayda 3,99 funt (təxminən 9.09 AZN), internet abunəçiləri isə ayda 2,99 funt (təxminən 6.81 AZN) ödəyəcəklər.

Abunəlik almayan istifadəçilər proqramlardan pulsuz istifadə etməyə və reklamlarla qarşılaşmağa davam edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
9
news24.az

10Sources