EN

Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı videoçarx hazırlanıb

Bakı. Trend:

“İnformasiya əldə etmək haqqında” Azərbaycan RespublikasınınQanununun təbliği və müvafiq hüquqla bağlı nəzəri biliklərin vəməlumatlılığın artırılması məqsədilə Ombudsman Aparatı tərəfindəninformasiya əldə etmək hüququ ilə bağlı videoçarx hazırlanıb.

Aparatdan Trend-əverilən məlumata görə, videoçarxda “İnformasiya əldə etməkhaqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələnmüddəalar, informasiya sahiblərinin vəzifələri, informasiyasorğusu, onun icra müddəti, informasiya əldə etmək hüquqununpozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri haqqında vəOmbudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətlərini əksetdirən məlumatlara yer verilib.

Qeyd edək ki, 28 sentyabr Ümumdünya İnformasiya Əldə EtməkAzadlığı günüdür. Bu gün 2015-ci il noyabrın 17-də BirləşmişMillətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)tərəfindən təsis edilib.

İnformasiya əldə etmək hüququnun müdafiəsi və təmini AzərbaycanRespublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)Azərbaycan Respublikası Konstitusiyasında və ölkənin tərəfdarçıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları vəazadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin prioritetistiqamətlərindəndir.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) haqqında” Azərbaycan Respublikasının KonstitusiyaQanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının,bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəlişəxslərinin “İnformasiya əldə etmək haqqında” AzərbaycanRespublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinəyetirməsinə nəzarəti həyata keçirir.

Chosen
31
11
az.trend.az

10Sources