EN

Ağır yol qəzası - 3 ölü, 16 yaralı

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus yük maşınının arxasına çırpılıb. Avtosfer.az bu barədə yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, daha 16 sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Chosen
22
3
avtosfer.az

4Sources