EN

Mask adının "Epşteyn işi"ndə hallanması xəbərlərinə cavab verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı sahibkar və milyarder İlon Musk bildirib ki, keçmişdə yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ifşa edilmiş maliyyəçi Cefri Epşteynin adasına səfər etmək dəvətindən imtina edib.
Oxu.Az xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkə hesabında bəhs edib.
"Bu yalan narrativi təbliğ edən hər kəs nifrətə layiqdir. Epşteyn elə etməyə çalışdı ki, mən onun adasına gedim, amma mən bundan imtina etdim" , - deyə o yazıb.
Bununla da Mask adının Epşteyn işi ilə bağlı sənədlərdə yer alması ilə bağlı mediada yayılan xəbərlərə cavab verib.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.
Chosen
39
6
oxu.az

7Sources