EN

Azərbaycan MDB Oyunlarında boks yarışlarında 37 idmançı ilə iştirak edəcək

Bakı. Trend:

Azərbaycanda ilk dəfə keçiriləcək MDB Oyunlarında boksyarışlarına sentyabrın 29-da start veriləcək.

Trend AzərbaycanBoks Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verirki, mübarizə oktyabrın 5-də başa çatacaq və milli komandamız 37idmançı ilə iştirak edəcək.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov,məşqçilər Ağası Məmmədov və Teymur Məmmədov sayca III Oyunlarda 2heyətə güvənəcək. Yevlax Olimpiya İdman Kompleksində təşkilolunacaq yarışda rinqə çıxacaq idmançılar arasında Qardaş Rəhimov,Əli Ruşanov (hər ikisi 46 kq), Əli Əliyev, Həsən Sahratlı (hərikisi 48 kq), Ayxan Həsənov, Məhəmmədəli Kərimli (hər ikisi 50 kq),Əli Abaslı, Hüseyn Quliyev (hər ikisi 52 kq), İbrahim Bədəlli,Sadiq Musayev (hər ikisi 54 kq), Raul Heydərli, Əflatun İsmiyev(hər ikisi 57 kq), Şahin Aslanov, Toğrul Quliyev (hər ikisi 60 kq),Haqverdi Həsənov, Məhəmmədəli Rüstəmov (hər ikisi 63 kq), DənizRüstəmov, Nurlan Süleymanov (hər ikisi 66 kq), Adil Zalov, HidayətMəmmədov (hər ikisi 70 kq), Şükar Əliyev, Nicat İmanov (hər ikisi75 kq), İsmayıl Vəliyev, Turqay Abbasov (hər ikisi 80 kq), SəfdərMəmmədzadə və İbrahim Nağıyev (+80 kq) yer alacaq.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev və məşqçiElnur Piriyev Aysel Fərəcova, Aylin Nəzərova (hər ikisi 46 kq),Gülər Hüseynova (48 kq), Əminə Tağı, Sima İsmayılova (hər ikisi 50kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), AzərpurMirruqəyya (57 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63kq) və Səma Abbasovaya (66 kq) rinqdə şans verəcəklər.

Yarışda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Belarus,Tacikistan, Türkmənistan və Qırğızıstanın 161 boksçusu qüvvəsinisınayacaq. Qız idmançıların final görüşü oktyabrın 4-də, oğlanlarınhəlledici döyüşləri isə ertəsi gün baş tutacaq.

Döyüşləri Azərbaycanın 15, Belarus, Rusiya, Özbəkistan,Tacikistan və Türkmənistanın hərəyə 1 hakimi idarə edəcək. III MDBOyunlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi isə AnarBabanlı olacaq.

Chosen
18
11
az.trend.az

10Sources