EN

Yağıntılı hava şəraiti müşahidə olunub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 28-i saat 10:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Sentyabrın 28-i saat 8:00 radələrindən Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Chosen
58
43
ikisahil.az

10Sources