EN

“Qarabağ”ın müdafiəçisini “unutmayın” dedi: “Özümüz özümüzü...”

“Çempionatda nə asan oyun var, nə də rahat keçiləsi rəqib. Nəticələr hər şeyi deyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov deyib.

Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Ağdam təmsilçisi oktyabrın 1-də “Kopenhagen”lə qarşılaşacaqr.

Futbolçuların bir ayağı “Azersun Arena”da, o biri ayağı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Bədavi qarşıdakı görüşlə bağlı fikirlərini Sportinfo.az-a deyib:

“Çempionlar Liqası deyirsiniz. Unutmayın ki, “Kopenhagen”lə oyundan əvvəl motivasiyanı qaldırmaq üçün bizə qələbə lazımdır.

Özümüz özümüzü bu oyuna kökləməliyik. “Kopenhagen”lə qarşılaşmada problemlə üzləşməmək üçün sürət tempini qorumağımız mütləqdir.

Nəticənin necə olacağını oyunun sonluğu göstərəcək. Məqsədimiz qalib gəlməkdir”.

HƏBİB

Chosen
18
sportinfo.az

1Sources