EN

HƏMAS tərksilah olacaqmı?

The Washington Post Trampın Qəzza planının detalları barədə yazıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qəzza zolağına dair hazırladığı planın bəzi detalları The Washington Post tərəfindən dərc olunub. Nəşrin əldə etdiyi 21 maddəlik sənədə görə, plan HƏMAS-ın bütün hücum xarakterli silahlarının məhv edilməsini nəzərdə tutur.

Sənəddə göstərilir ki, “sülh şəraitində birgəyaşayışa sadiq” olan döyüşçülərə amnistiya veriləcək. Eyni zamanda atəşkəsdən sonra anklavı tərk etmək istəyən HƏMAS üzvlərinə digər ölkələrə təhlükəsiz çıxış imkanı təmin ediləcək.

Hazırda nə İsrail, nə də HƏMAS bu sənədi təsdiqləyib. Məlumata görə, prezident Tramp sentyabrın 29-da keçiriləcək görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun planı qəbul etməsi üçün təzyiq göstərəcək.

İsrailin yüksək vəzifəli rəsmilərindən biri qeyd edib ki, planın bəzi hissələrinin icrası çətin ola bilər, məsələn, Qəzzada tərksilah prosesi. Lakin rəsminin sözlərinə görə, İsrail “HƏMAS-ın iştirakı olmadan Qəzza sakinləri və digərləri tərəfindən idarə olunacaq müvəqqəti hökumətin yaradılması prinsipini” qəbul edir.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources