EN

Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kütləvi silsilə tədbirlər həyata keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, AzərbaycanKönüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 44günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən bir sıratədbirlər baş tutub.

Trend xəbər verirki, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər vənümayəndələri, Azərbaycan Könüllüləri Anım Günü ilə əlaqədar olaraqZəfər Parkını ziyarət ediblər. Onlar Qələbə rəmzi olan memorialabidəni ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrundacanlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hərşeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini yadediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan RespublikasınınEkologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı iləağacəkmə aksiyası baş tutub. 27 Sentyabr - Anım Gününə həsr olunmuşağacəkmə aksiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinəsimvolik olaraq Azərbaycan Könüllüləri tərəfindən 2908 ağac əkilib.Bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasınaşəhid olmuş 2908 igid övladını təmsil edir və onların əzizxatirəsinin əbədiləşdirilməsinə rəmzi bir töhfədir.

Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və“Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə“Könüllü Qəhrəmanlar” adlı tədbir həyata keçirilib. TədbirdəAzərbaycan Könüllüləri 44 günlük Vətən müharibəsində iştirak etmişqazilər və hərbi ekspertlə görüşüblər. Qəhrəman qazilərimizMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə AzərbaycanOrdusunun əldə etdiyi tarixi Zəfərdən söz açaraq, müharibə dövründəyaşadıqları xatirələrdən, döyüş meydanında göstərdikləri fədakarlıqvə igidliklərdən bəhs ediblər.

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı həmçinin, ölkəningənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanatünvanlayıblar. Bəyanatda vurğulanır ki, Cənab Prezident İlhamƏliyevin dəmir iradəsi və xalqımızın birliyi sayəsində qazanılantarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tambərpa edib, xalqımızın yaddaşına qürur və şərəf səhifəsi kimi həkkolunub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunaraq,Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşıhəyata keçirdiyi raket hücumları beynəlxalq humanitar hüququn kobudşəkildə pozulması və insanlığa qarşı cinayət kimi pislənib.Azərbaycan gəncləri bu faciələrin heç vaxt unudulmayacağını bəyanedib, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsini tarixi ədalətinvə beynəlxalq hüququn təntənəsi kimi dəyərləndiriblər. Onlarözlərini Böyük Qayıdışa şahidlik edən, azad edilmiş şəhər vəkəndlərə yeni nəfəs verən bir nəsil kimi xarakterizə edərək,Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülhgündəliyini tam dəstəklədiklərini, Vaşinqtonda paraflanmış SülhSazişinin isə Cənubi Qafqazda sabit və firavan gələcəyin müjdəçisiolduğunu bildiriblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
39
7
az.trend.az

9Sources