EN

Messi “İnter Mayami” ilə yeni müqavilə imzalayacaq

“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ klubunda karyerasını davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, argentinalı ulduzun klubu ilə danışıqları müsbət nəticələnib və tərəflər razılıq əldə ediblər. Yeni müqavilə 2028-ci ilin dekabrına qədər qüvvədə olacaq. Müqavilədə həmçinin mümkün erkən xitamla bağlı xüsusi bəndlərin də yer alacağı bildirilib.

Qeyd edək ki, 38 yaşlı Messi hazırda “İnter Mayami” ilə olan mövcud müqaviləsini bu ilin sonunda başa vurmalı idi.

Chosen
30
idmanxeber.az

1Sources