EN

İrəvanı qarışdıran olay: qətlin üstü açıldı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanda müxalif siyasətçi, “Aprelu Yerkir” partiyasının üzvü Volodya Qriqoryanın və onun dostu, polis Karen Abramyanın qətlinin üstü açılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Armavir vilayətinin Merdzavan qəsəbəsində 3 nəfərə atəş açaraq 2 nəfəri öldürən, 1 nəfəri yaralayan şəxsi müəyyənləşdirərək Vaqarşapat İctimai Polis Şöbəsinə təhvil verib. Şübhəli şəxs törətdiyi əməli etiraf edib. O, cinayətin aləti olan avtomat silahın yerləşdiyi yeri göstərib və ardınca silah müsadirə olunub”, – deyə bildirilib.

Xatırladaq ki, sentyabrın 24-nə keçən gecə “Aprelu Yerkir” partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polisdə işləyən dostu da həlak olub.

Partiyanın lideri hazırda Bakıda həbsdə olan Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyandır.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
globalinfo.az

1Sources