Bakı. Trend:
Meksika və ABŞ qeyri-qanuni silah ticarəti ilə mübarizədəəməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Trend xəbər verirki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, Meksika Təhlükəsizlik Şurasının üzvləri MakAllenşəhərində ABŞ hökumətinin nümayəndələri ilə birgə iclaskeçiriblər.
“Bu mexanizmin məqsədi iki ölkə arasında razılaşdırılmışsərhədlərin qorunması və hüquq-mühafizə orqanları üzrə əməkdaşlıqproqramı çərçivəsində birgə tədbirlərin icrasına nəzarət etməkdir”,– bəyanatda qeyd olunub.
Görüş zamanı tərəflər qeyri-qanuni silah alverinin qarşısınınalınması və koordinasiyanın gücləndirilməsi məqsədilə “MissionCortafuegos” təşəbbüsünün işə salındığını elan ediblər.