EN

Şimali Karolinada atışma nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Şimali Karolina ştatının Sautport şəhərində baş verən atışmanəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə "ABC News" şəhər administrasiyasının sözçüsü ÇiyenKetçuma istinadən məlumat yayıb.

Sözçünün bildirdiyinə görə, atışma "Southport Yacht Club"yaxınlığında baş verib. Qayıqda olan naməlum silahlı şəxs "AmericanFish Company"nin açıq barına atəş açaraq hadisə yerindən qaçıb.Atıcının motivi hələ müəyyənləşdirilməyib.

Şəhər rəhbərliyi sentyabrın 27-də axşam Facebook səhifəsindəsakinlərə “aktiv atıcı” barədə xəbərdarlıq edib və onları ərazidənuzaq durmağa və mümkün olduqda evdə qalmağa çağırıb.

Chosen
42
2
az.trend.az

3Sources