EN

Çoxmərtəbəli binada yanğın olub: Sakinlər təxliyə edilib

Bakı şəhərinin Nəsimi rayonunda, çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Chosen
43
25
publika.az

10Sources