futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Neftçi” bu mövsüm üçün ən çox transfer edən iki klubdan biri idi. Yəqin ötənilki uğursuz nəticəyə görə heyətin 90 faizi dəyişdirildi. Lakin 6 tura mümkün 18 xaldan cəmi 7-si qazanılıb.
Və bu pis nəticə Samir Abasovun “əsəridir”…
Ötən il, “heyət mənlik deyil” janrında avaz qopardan Abasov bu il onu dəstəkləyənləri də aciz qoymaqda davam edir.
Builki dəbdə olan cümləsini deyirəm: “…bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar…”.
“Neftçi”nin vəziyyəti bu cümlədəki kimi qarışıq, natamam və natarazdır.
Abasovun təbirincə desək, komanda yaxşı oynayıb xal itirməklə məşğuldu. Bu nə məşğuliyyətdi, yoldaşlar?!
Siz bunu necə bacarırsınız?!
Yayda ən yaxşı təlim-məşq toplanışı, ən böyük transfer büdcəsi buna görəmi ayrılmışdı?
Kamil Əhməd
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.