EN

Xorvatiyaya yollanan futbolçumuzu xoşbəxt edən bir axşam - VİDEO

Xorvatiya çempionatında 8-ci turun matçlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi "Varajdin" evdə "Vukovar"la üz-üzə gəlib.

Matç Abdullazadənin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan futbolçu meydana start heyətində çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

"Varajdin" 8 turdan sonra 12 xalla 3-cü pillədə qərarlaşıb.

Chosen
24
sportinfo.az

1Sources