Dünyanın ən hündür körpüsü istifadəyə verilir -
Çinin cənub-qərbindəki Quycou əyalətində 3 il ərzinə inşa edilmiş dünyanın ən hündür körpüsü istifadəyə verilib.Metbuat.az xəbər verir ki, Beypan çayının üzərində yerləşən körpünün hündürlüyü San-Fransiskodakı “Qızıl qapı” körpüsündən təxminən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə çoxdur. Körpü kanyonun 2 tərəfi arasındakı məsafəni 2 saatdan cəmi 2 dəqiqəyə endirib.Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.