EN

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə elektrik enerjisinin verilişində FASİLƏLƏR olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Oxu.Az Nuhçıxan-a istinadən xəbər verir ki, 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bununla bağlı sabah saat 10:00-dan 13:15-dək Sabirkənd, Qoşadizə, Aza, Azad, Kələntərdizə, Başdizə və Gilançay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.
Chosen
48
49
oxu.az

10Sources