Sosial şəbəkələrdə bir neçə gün öncə iş adamı Adnan Əhmədzadənin həbsindən öncə çəkilən videosu yayılıb.
NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, videoda Adnan Əhmədzadənin dostları ilə “ Crescent Mall”da yerləşən “ Rahat Courmeet” də nahar zamanı maraqlı söhbəti əks olunub. Videoda onun insanlara sağlam qidalanmağı tövsiyə etdiyi diqqətdən yayınmayıb.
Deyilənlərə görə, “ Rahat” Marketlər şəbəkəsi Adnan Əhmədzadəyə məxsusdur. Bu video ilə də, o “Rahat” Marketlər şəbəkəsini təbliğ edib.
Qeyd edək ki, iş adamının adı enerji sektorunda ən qalmaqallı proseslərdə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır.