Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş çox yaxşı keçib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
"Deyə bilərəm ki, Türkiyə ilə ABŞ arasında bölgəmizdəki qarşıdurmalardan və müharibələrdən tutmuş qlobal nizamdakı problemlərə, iqtisadi və ticarət məsələlərindən investisiyalardan müdafiə sənayesinə qədər geniş spektrli məsələlərin açıq şəkildə müzakirə edildiyi və xoş niyyət çərçivəsində dəyərləndirildiyi danışıqlar son dərəcə müsbət keçdi", - o bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Ağ Evdə iki lider arasında görüş olub.