EN

Məşhur şair vəfat etdi

Türk ədəbiyyatının görkəmli simalarından olan Yavuz Bülent Bakiler dünyasını dəyişib.Metbuat.az Yeni Şafak-a istinadən xəbr verir ki, şair 89 yaşında vəfat edib.

Qeyd edək ki, Yavuz Bülent Bakiler (d. 23 aprel 1936, Sivas, Türkiyə) – türk şairi, yazıçı, publisist və hüquqşünasdır. O, həm ədəbiyyat, həm də fikir dünyasında tanınmış simalardandır. Türk dünyası ilə bağlı yazıları, araşdırmaları və verilişləri ilə geniş auditoriya qazanıb. Bakiler poeziyasında və publisistikasında türk millətinin tarixi, mədəniyyəti və birliyi mövzularına üstünlük verir. Onun şeirlərində və yazılarında milli duyğular, vətən sevgisi və türk dünyasının dərdləri əsas yer tutur. Əsas əsərləri arasında “Harmanın Büyüdüğü Yer”, “Duvak”, “Yalnızlık”, “Şaşırmış Kuşlar” və türk dünyasına dair “Üsküp’ten Kosova’ya”, “Türkistan Türkistan” kimi kitabları var.

Chosen
47
metbuat.az

1Sources