EN

Türkiyədə ağır yol qəzası nəticəsində doqquz nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində ağır yol qəzası olub.
 
Moderator.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Gemlik rayonunda işçiləri daşıyan avtobusun mikroavtobus və yük maşını ilə toqquşması nəticəsində doqquz nəfər yaralanıb.
 
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
 
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 
Chosen
6
5
moderator.az

6Sources