EN

Putindən gözlənilməz addım: Moskvada görüşə hazırdır

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa dəvəti qüvvədə qalır, bundan sonra Amerika tərəfi öz qərarlarını verməlidir.

News24.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətin qüvvədə qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

"Bu daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və buna görə şad olardı. Hər şey Trampın qərarından asılıdır", - Kreml sözçüsü bildirib.

Avqust ayında Ankoricdə Trampla danışıqlardan sonra Putin növbəti görüşün Moskvada keçirilməsini təklif edib. Amerika lideri bunu mümkün saysa da, buna görə tənqid olunacağını etiraf edib.

Chosen
73
15
news24.az

10Sources