EN

Stəkanın yarısı kiməsə görə doludur, kiməsə görə boş... fakt odur ki, Neftçi qol vura bilmir!

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Neftçi" elə bir durumla üzləşib ki, nə jurnalistlər birmənalı qiymət verə bilir, nə də futbol adamları. Məşhur misalda olduğu kimi, stəkanın yarısı kiməsə görə doludur, kiməsə görə boş. "Neftçi" bütün oyunlarda rəqiblərindən üstün oynayıb. Amma buna rəğmən, 6 oyuna cəmi 1 qələbə var.

Get-gedə səbri tükənən azarkeşlər Samir Abasovdan narazılıqlarını dilə gətirirlər. "Neftçi"nin mövsüm başlayandan bəri bütün rəqiblərini oyun planında üstələməsi də artıq heç kimi ovutmur. 

"Neftçi" tərəfdarları qələbələr istəyirlər. Samir Abasovun komandası isə sanki qara zolağa düşüb. Gah boş qapılara düşə bilmirlər, gah əlverişli imkanları boşa verirlər, gah da qapıçı səhvlərindən sonra qapılarında ucuz qollar görürlər. Bəzi oyunlarda "Neftçi" əleyhinə olan hakim idarəçiliyini də bunun üstünə əlavə eləsək, Samir Abasovun düşdüyü durumu anlamaq çətin deyil. 

Son iki oyunda "Şamaxı"dan və "İmişli"dən 3 cavabsız qol yeyən "Karvan-Yevlax"ı məğlub etməməyin bəraəti yoxdur. Oyunsonrası mətbuat konfransında Samir Abasov özü də bu vəziyyəti izah eləməyə söz tapa bilmədiyini deyib. 

Düşdüyü duruma görə Samir Abasov özünü də qınamalıdır. Adi gözlə də görünür ki, "Neftçi"də "vuran ayaq" yoxdur. Bu qədər transfer həyata keçirən komanda niyə mövsümün startına qədər mərkəz hücumçusu gətirməyib? Sual doğuran başqa məqam Bassalu Sambuyla bağlıdır. Sambunun oyunu getmir. Bəlkə də ehtiyatda əyləşib son 15-20 dəqiqə meydana çıxması Bassalunun özü üçün də xeyirli olardı. Biz görmüşük ki, nəsə alınmayanda, dəyişiklik olar. Yeni nəfəs hesabına gedişatı çevirməyə cəhd edər məşqçilər. Abasov isə inadkar yanaşması ilə tutduğundan əl çəkmir, "batdıqca da batır". Hər oyun Sambuya güvənir, o da güvəni doğrultmur ki, doğrultmur. Elə bil Abasov öz qəsdinə durub. Adam göz görə-görə özünü bitirir. Bir-iki oyun Ağadadaş Salyanskiyə start heyətində şans vermir ki, gənc forvard nəyə qadir olduğunu göstərsin. 

Nə deyirsə-desin, Samir Abasov yolun sonuna yaxınlaşıb. Tək o yox, transferlərdə məsul adam olan Kamil Məmmədov da onun kimi. Yəqin ki, birinci dövrənin qalan 5 oyununda 3 qələbə qazanılmasa, təfərrüatlara qulaq asan olmayacaq. 

Həmid

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
sportal.az

2Sources