Türkiyədə 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Far.Az xəbər verir ki, Türkiyədə 5,4 maqnitudalı zəlzələ baş verib. Hadisə yerli vaxtla 12:59 radələrində Kütahyanın Simav rayonunda qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin ocağı 8,4 km dərinlikdə yerləşib. Hazırda bölgədə vəziyyət izlənilir və aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.