EN

Hindistanda mitinq zamanı 39 nəfər öldü

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən mitinqdə baş verən izdiham zamanı uşaqlar da daxil olmaqla ən azı 39 nəfər ölüb.

Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, on minlərlə insan şənbə günü cənubdakı Karur rayonunda aktyor-siyasətçi Vijay üçün keçirilən kampaniyaya toplaşıb.

Bildirilir ki, o, bir neçə saat gecikib. Televiziyada yayımlanan görüntülərdə insanların dolu izdiham arasında huşunu itirmələri əks olunub.

Tamil Nadu rəsmisi jurnalistlərə açıqlama verərkən deyib ki, ölənlərin 17-si qadın, 13-ü kişi və 9-u uşaqdır.

Qeyd olunub ki, daha 51 nəfər xəstəxanalrda müalicə alır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
yeniavaz.com

2Sources