EN

Azərbaycan 4 ildə Türkiyədən bu qədər dərman alıb

2020–2024-cü illər ərzində Türkiyə Azərbaycana ümumilikdə 336 milyon 347 min ABŞ dolları dəyərində farmakoloji məhsul ixrac edib ki, bu göstərici Ankaranın ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatında qeyd olunub.

Məlumata görə, Türkiyə istehsalı olan farmakoloji məhsulların idxalı həcminə görə birinci yerdə Cənubi Koreya dayanır. Bu ölkəyə son beş ildə 2 milyard 182 milyon ABŞ dolları dəyərində tibbi təyinatlı məhsul göndərilib. Siyahıda daha sonra Macarıstan (təxminən 660 milyon dollar) və İraq (460 milyon dollardan çox) gəlir.

Türkiyənin farmakoloji məhsullarının istehsalçıları üçün aparıcı bazarlardan biri də Gürcüstandır, belə ki, bu ölkəyə edilən ixrac dəyəri 283 milyon dollardan artıq olub.

TÜİK-in məlumatına əsasən, ümumilikdə bu dövr ərzində (2020–2024-cü illər) Türkiyə 9 milyard 117 milyon 595 min ABŞ dolları dəyərində farmakoloji məhsul ixrac edib. Eyni dövrdə idxal dəyəri 26 milyard 56 milyon 780 min dollar təşkil edib.

Chosen
8
7
konkret.az

8Sources