
Şikayətçi L.Məmmədova 20.09.2025-ci ildə azyaşlı övladını müayinə etdirmək üçün nefroloq Şəfəq Əhmədovanın qəbulunda olublar.
Həkim müayinə edərək uşağı laborator müayinə olunmasını təlimatını verib.
Lakin Respublika Pediatriya Mərkəzində deyil özəl klinikaya yönləndirib. Valideynin iradından sonra "Burada laborator müayinə yoxdur sualına isə var sadəcə daha keyfiyyətli və dəqiq cavabların olması üçün özəl klinikada laborator müayinədən keçin deyib.
L.Məmmədova özəl klinikaya deyil, dövlət xəstəxanasında peşakar mütəxəssislərin müayinəsi tələb etdikdən sonra həkim Şəfəq Əhmədova Pediatriya Mərkəzində müayinə təlimat verib.
Müəyyən dərmanlar yazaraq bir həftə analiz cavabları olduqdan sonra yenidən müayinə edəcəyini qeyd edib və 27 sentyabrda qəbula gəlmələrini bildirib.
Şikayətçi qeyd edir ki, müayinə zamanı həkim anladı ki, öz haqqımızı tələb edirik və ona pul verilməyəcək yəni "hörmət” edilməyəcəyini bildiyi halda laqeyd münasibət bəslədi.
27 sentyabrda analiz cavabları hazır olduqda şikayətçi bildirir ki, təkrarən Şəfəq Əhmədovanın qəbuluna gediblər. Doğrudur 14.45 idi və növbəsinin bitməsinə az qalmışdır. Həkimi şöbədən xahiş edib çağırtdıqda elə dəhlizdə sual cavab yarandı.
-Həkim Şəfəq Əhmədova: "Nə lazımdır? Mən xəstəni xatırlamıram….
Analizlərin cavablarını göz ucu baxaraq təkrarən mən xatırlamıram nə dərmanlar yazmışam ötən həftə bilmirəm … lageyd münasibət bəsləyərək xəstəni müayinə etməkdən imtina etdi.
Xəstə uşağın valideyni bildirir ki, bu davranışa görə həkimə sizi TƏBİB-ə şikayət edəcəyik. Həkim isə, cavabında gedin edində mən özüm TƏBİB-in kuratoruyam… və xəstəni müayinə etməyərək çıxıb getdi.
Bu proses Respublika Pediatriya Mərkəzinin dəhlizində digər pasiyent valideynlərinin və xəstə uşaqların gözü qarşısında baş verdi.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı səlahiyyətli şəxslərin qəbuluna belə girə bilməyiblər, çünki Pediatriya Mərkəzinin nə direktoru Azər Əhmədov, nə müavini, nə baş həkim Emil Nuriyev, nə baş həkimin müavini heç biri olmayıb.
Məsələ ilə bağlı şikayətçi TƏBİB-in rəhbəri Vüqar Qurbanovdan xahiş edir ki, pasiyentlərə laqeyd münasibət bəsləyən, şəxsi ambisiyalar üzərində fəaliyyət göstərən Şəfəq Əhmədova haqqında lazımi tədbirlər görülsün ki, bir daha belə hallar təkrarlanmasın və Respublika Pediatriya Mərkəzinə müraciət edən pasiyentlərə laborotor müayinlər üçün özəl xəstəxanalara yönləndirilməsinə son verilsin.
Xususi qeyd: Araşdırmalarımız zamanı müyyən olunmuşdur ki, Respublika Pediatriya Mərkəzində beynəlxalq standartlara cavab verən və müasir laborator aparatlarla təchiz olunmuşdur.
Məsələ ilə bağlı Pediatriya Mərkəzindən heç bir açıqlama almaq mümkün olmadı.
Yazıda adları keçənlərin və qurumların fikirlərini dərc etməyə hazırırq.
