EN

Gəncədə nəqliyyat sahəsində genişmiqyaslı modernləşdirmə işləri aparılır – FOTO 

Gəncə şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən genişmiqyaslı işlər həyata keçirilib.

Doğru.az xəbər verir ki, aparılan təhlil və araşdırmalar nəticəsində şəhərin marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 22 marşrut xətti optimallaşdırılıb, 20 şəhərdaxili və 2 şəhərətrafı marşrut üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunacaq.

Əhəmiyyətli yeniliklərdən biri ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədəki bütün avtobuslarda gediş haqqını “CityCard” sistemi, NFC texnologiyası, həmçinin “Google Pay” və “Apple Pay” vasitəsilə ödəmək mümkündür.

Həmçinin ictimai nəqliyyat sahəsində peşəkar sürücü heyətinin formalaşdırılması üçün 423 sürücü təlim və imtahan prosesini uğurla başa vurub. Yeni avtobus deposu kompleksi istifadəyə verilib və monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənəcək.

Dəmiryolu vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada parklanma və sərnişinlərin minib-düşməsi üçün müasir şərait təmin olunub, 6 marşrut xətti buradan keçəcək.

Şəhərin gediş-gəlişin sıx olduğu ərazilərində 34 müasir dayanacaq pavilyonu quraşdırılıb. Yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində 97 küçədə asfalt örtüyü yenilənib, 128 kilometr xətlənmə işləri icra olunub, 12 min kvadratmetr sahədə isə əl işləri görülüb. Ümumilikdə 4 minə yaxın yol nişanı quraşdırılıb.

Mikromobillik zolaqları üçün 2.7 km yer ayrılıb, əlavə 2.6 km zolaqın inşası planlaşdırılır. Taksi duracaqları və minib-düşmə məntəqələri üçün 10 və 3 ünvanda yer təyin olunub, müvafiq nişanlar quraşdırılıb.

Gəncədə həyata keçirilən bütün dəyişikliklər ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişin xidmətinin keyfiyyətinin yüksəldilməsinə, həmçinin piyadalar və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.

DOĞRU.AZ

image-1759058706100067471_1200x630 image-17590587066261749808_1200x630 image-1759058706341117860_1200x630 image-175905870678571028_1200x630 image-17590587063986666_1200x630 image-17590587063387527007_1200x630 image-17590587062532020635_1200x630 image-17590587065651420751_1200x630 image-1759058706872648914_1200x630 image-17590587062624938904_1200x630 image-1759058706361503974_1200x630 image-1759058706655433238_1200x630 image-1759058706552189857_1200x630

Chosen
58
dogru.az

1Sources