EN

Türk dövlətlərinin birliyi rus şovinizminin kabusuna çevrilib - SENSASİYA

Rusiyalı filosof və N.Ya. Danilevski adına Rus-Slavyan Araşdırmaları İnstitutunun direktoru Aleksandr Vasilyeviç Burenkov son çıxışında bir daha türk dünyasına qarşı qərəzli mövqeyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, onun "OTG (Turan dövlətlərinin təşkilatı) yeni-osmanlı təcavüzünün və ideoloji işğalın təhlükəli alətinə çevrilir" iddiası açıq-aşkar qorxu, şovinist yanaşma və əsassız ittihamlarla doludur.

Əslində isə Burenkovun bu sözləri Rusiyanın tarixi boyunca türk dünyasının güclənməsindən duyduğu narahatlığın növbəti təzahürüdür.

Məqalədə o, Bişkekdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyədən gələn müftilərin görüşünü hədəfə alır və dini dəyərlərin guya "pan-türkist, revanşist və ekspansionist ideyaların yayılması" üçün istifadə edildiyini iddia edir. Halbuki həmin müzakirələr ailə, ənənə, uşaqların tərbiyəsi kimi hər bir cəmiyyət üçün həyati məsələlərə həsr olunub. Bunları "diqqəti yayındıran manevr" adlandırmaq yalnız qərəz və böhtanla izah oluna bilər.

Burenkov Türkiyə "Diyanət"inin rəhbəri Ali Erbaşın "dərin mənəvi böhran" barədə söylədiklərini də təhrif edərək, sanki Ankara digər ölkələrə "əmr" verir kimi təqdim edir. Halbuki, türk dövlətlərinin dini qurumları arasında əməkdaşlıq heç də "əmr" deyil, qarşılıqlı ehtiyacdan doğan və ortaq mənəvi dəyərlərə əsaslanan bir əməkdaşlıqdır. Burada məqsəd xalqların ailə institutunu, milli-mənəvi köklərini möhkəmləndirməkdir.

Rus mütəxəssisin "ruhanilər siyasi təzyiq alətinə çevrilirlər" fikri də həqiqətdən uzaqdır. Əslində OTG çərçivəsində müzakirələr türkdilli xalqların mənəvi birliyini möhkəmləndirir, ortaq dəyərlərin yaşamasına töhfə verir. Bu, heç bir "ideoloji işğal" deyil, əksinə, yüzillər boyu təhrif olunan tarixi və dini kimliyin bərpasıdır.

Burenkovun narahatlığı anlaşılandır: çünki türk dövlətləri arasındakı əməkdaşlıq gücləndikcə, Moskvanın bölgədəki ənənəvi təsir imkanları zəifləyir. Rus elitası bunu açıq şəkildə etiraf etmək əvəzinə, "yumşaq ekspansiya", "pan-türkizm" kimi damğalarla qorxu siyasəti aparır.

Əslində isə türk dövlətlərinin birliyi nə işğaldır, nə də təcavüz. Bu, xalqların öz tarixi köklərinə qayıdışı, müstəqilliklərini qorumaq və gələcəyə birlikdə yürümək arzularıdır.

Burenkovun yazısı isə rus şovinizminin köhnə qorxularını bir daha üzə çıxarır: türk dünyası güclənir və artıq heç bir böhtan bu reallığı dəyişə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
1
olaylar.az

10Sources