EN

İsrail: “Sanksiyaların bərpası fonunda İranla gərginlik arta bilər”

BMT-nin tətik mexanizminin işə düşməsi və 2015-ci il nüvə sazişinə əsasən dayandırılmış beynəlxalq sanksiyaların bərpasından sonra İsrail təhlükəsizlik rəsmiləri İranla gərginliyin artacağı barədə xəbərdarlıq ediblər.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, İsrail rəsmiləri İran hakimiyyətində Təhlükəsizlik Şurasının qərarından əvvəl müşahidə edilən narahatlığın sanksiyaların təzyiqi altında daha da gücləndiyini bildiriblər. Onların sözlərinə görə, bu vəziyyət Tehranın yanlış addımlarına və nəticədə birbaşa münaqişəyə səbəb ola bilər.

İsrail buna cavab olaraq xəbərdarlıq səviyyəsini artırıb. Hadisələr Tehranın nüvə proqramını sürətləndirməsi ehtimalı ilə bağlı narahatlıqları son hərbi əməliyyatı və İranın son raket sınaqlarından sonra baş verib.

Chosen
14
1
konkret.az

2Sources