EN

İtaliya Fələstin dövlətinin qurulması üçün müvəqqəti administrasiyanın yaradılmasına töhfə verməyə hazırdır

İtaliya Fələstin dövlətinin qurulmasına gətirib çıxaracaq müvəqqəti administrasiyanın yaradılmasına töhfə verməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Ssenari HƏMAS və İsrailin qeyri-mütənasib reaksiyasının başlatdığı müharibənin qurbanı olmuş xalqın qırğınına son qoymaq üçün atəşkəs əldə etmək olmalıdır. İtaliya bu razılaşmanın əldə oluna biləcəyini müdafiə edir. Bundan sonra fərqli administrasiya ilə və HƏMAS-sız bir ara mərhələnin qurulması lazım gələcək. Bunun üçün hansı formulun lazım olduğunu görəcəyik”, - deyə o qeyd edib.

Baş nazirin müavini ölkəsinin istənilən vasitəçilik təşəbbüsünü dəstəklədiyini bildirib: “ABŞ-ın təklifi ərəb ölkələri tərəfindən qəbul olunarsa, biz HƏMAS-ın xaric edilməsi, girovların dərhal azad olunması və Fələstin dövlətinin yaradılmasına aparan bu yolu dəstəkləyəcəyik”.

Chosen
22
3
ikisahil.az

4Sources