ain.az, Apa.az portalına istinadən məlumat verir.
Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.
Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib.
Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib.
Dəryanur Cəfərova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.