Moldovada parlament seçkiləri baş tutmuş sayılıb.
Axar.az xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə 15:30) olan göstəricilərə əsasən, seçici siyahısına daxil olan vətəndaşların 33%-dən çoxu səsvermədə iştirak edib.
Bu göstərici seçkilərin baş tutmuş sayılması üçün tələb olunan minimum həddi təmin edib.