EN

"İlham babamı görəndə çox sevindim"- Nilay

"İlham babamı görəndə çox sevindim".

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Vətən müharibəsi zamanı Gəncə şəhərinin raket atəşinə tutulduğu vaxt hər iki valideynini itirən Nilay Əliyeva bildirib.

O, babası ilə yeni tikilən Gəncə Memorial Kompleksinə baxmağa gedən zaman Prezident İlham Əliyevi gördüyünü bildirib:

"İlham babamı görən kimi mən ona doğru getdim. O, mənimlə görüşdü, sonra əlimdən tutub özü ilə birgə muzeyi gəzməyə apardı. Çox sevinirdim. İlham babam məndən halımı və yaşımı soruşdu, təhsilimlə maraqlandı. Mən İlham babanın verdiyi bütün sualları cavablandırdım. Onun uca boyu var. Çox sevirəm İlham babanı və onu yenidən görmək istəyirəm".

Qeyd edək, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri 5 dəfə raket atəşinə tutulub. Nəticədə 26 dinc sakin şəhid olub, 175 nəfər yaralanıb.

Chosen
2
2
redaktor.az

3Sources