EN

200 kq heroin keçirən iranlı həbs olundu

Ajans.az xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi qərarla Gürcüstanın Baş Prokurorluğunun vəsatətini təmin edib. Təqsirli bilinən İran vətəndaşının vəkili yerli mediaya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs özünü günahkar bilmir, belə ki, nə yük maşını, nə də yük ona aid olub. İstintaqla yükün Bolqarıstana ixrac üçün nəzərdə tutulduğu müəyyən edilib.

Xatırladaq ki, külli miqdarda narkotik vasitə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınına keçirilmiş baxış zamanı 8 kisədə aşkarlanıb. Müsadirə edilmiş narkotik vasitənin “qara bazar”da dəyəri 50 milyon dollardan çoxdur.( teleqraf)

Chosen
20
4
Ajans.az

5Sources