EN

Moldovada parlament seçkiləri keçirilib

Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib.Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 14:30-a səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçmiş Moldova vətəndaşlarının 33%-dən çoxu seçkilərdə iştirak edib. Bu, seçkiləri etibarlı elan etmək üçün tələb olunan minimum seçici sayıdır.

Qurum, günün birinci yarısında seçici fəallığının nisbətən aşağı olduğunu, lakin günortadan sonra həm ölkə daxilində, həm də xaricdə göstəricilərin yüksəldiyini qeyd edib.

Parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edib.

Chosen
37
5
anews.az

10Sources