EN

"Son illərdə millidə bu istək, iradə və əzm çatışmırdı" - millimiz haqda

Azərbaycan millisinin sabiq müdafiəçisi Ramin Quliyev Sportal.az saytına açıqlama verib.

O, hazırda yığma komandamızın baş məşqçi postunun boş qalmasından bəhs edib:

"Milliyə hansı baş məşqçini gətirmək məsələsi barədə bir söz deyə bilmərəm. Amma görünən odur ki, milli komandamıza yerli baş məşqçi təyin olunsa daha uğurlu alınar. Bu, mənim subyektiv fikrimdir. Çünki bir çox əcnəbi məşqçi gəldi-getdi effektiv olmadı. Son oyunda millidə yüksək ruh və qələbə əzmi özünü göstərirdi. Bu da Ayxan Abbasovun motivasiyası ilə bağlı idi. Məncə, elə son illərdə millidə məhz bu istək, iradə və əzm çatışmırdı. Onları da hamısını birlikdə Ukrayna ilə görüşdə gördük".

O, millimizin əvvəlki illərdə Berti Foqts, Canni De Byazi, Karlos Alberto Torres, Fernandu Santuşla işləməyinin vaxt itkisi olmadığını söyləyib: "Biz geridə qalan vaxtlarda onların işini görmüşük deyə, bu gün milliyə baş məşqçi kimi yerlilərin təyin olunmaq ehtimalından danışırıq. Deməzdim ki, itirilən vaxtdı, sadəcə bir keçid dövrü idi ki, bunları da gördük".

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
9
2
sportal.az

3Sources