EN

İstanbulun Sabiha Gökçen Hava Limanında uçuşlara fasilə verildi - SƏBƏB

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib.

Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib.

Bizim.Media

Chosen
12
16
bizim.media

10Sources