EN

HƏMAS: İki israilli girovla əlaqə itib

HƏMAS-ın silahlı qanadı - “İzzəddin əl-Qəssam briqadaları” Qəzza zolağında saxlanılan iki israilli girovla əlaqənin kəsildiyini açıqlayıb.

Xezerxeber.az-ın xəbərtinə görə, bu barədə təşkilatın "Telegram" kanalında yayılan bəyanatında bildirilib.  
Qeyd edilib ki, Macarıstan vətəndaşlığına da sahib olan Omri Miran və Matan Anqrestlə əlaqə itib.

HƏMAS İsraili hücumları dayandırmağa, girovların həyatını təhlükə altında qoymamağa çağırıb.

Chosen
24
7
xezerxeber.az

8Sources