EN

III MDB Oyunları: Azərbaycan stend atıcıları bürünc medal qazandı

BAKI, 28 sentyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsinə Qəbələ atıcılıq mərkəzində stend atıcılığı üzrə yarış keçirilib.

Teleqraf xəbər verir ki, azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva bu yarışda üçüncü olub.

Rusiyalı İlya Kuşaqin və Yelizaveta Yevqrafovaqızıl, qazaxıstanlı Maksim Poşivalov və LidiyaBaşarova gümüş medal qazanıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.

Chosen
24
5
teleqraf.com

6Sources