EN

“Real “ın ulduzu zədələndi

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Real Madrid”in müdafiəçisi Daniel Karvahal ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusunun sağ ayağının əzələsində zədə aşkarlanıb. Klubun rəsmi saytının məlumatına görə, 33 yaşlı futbolçu ən azı 4 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Karvahal ötən ilin oktyabrında ağır çarpaz bağ zədəsi almış və yalnız bu ilin mayında komandaya dönə bilmişdi.

İspan müdafiəçinin “Real Madrid”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri isə “Transfermarkt” tərəfindən 8 milyon avro olaraq göstərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
futbolpress.az

1Sources