EN

Azərbaycan klubu türkiyəli baş məşqçiyə tapşırıldı

Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.

Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.

Chosen
8
sportinfo.az

1Sources