EN

Danimarkada dron uçuşları qadağan ediləcək

Bakı. Trend:

Danimarka hava məkanı 29 sentyabr – 3 oktyabr tarixlərindəölkədə keçiriləcək Avropa İttifaqı (Aİ) sammiti səbəbindən mülkipilotsuz uçuş aparatları (PUA) üçün bağlanacaq.

Trend xəbər verirki, bu barədə Danimarkanın nəqliyyat idarəsi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində baş verən dron hadisələri vəqarşıdan gələn sammitlə əlaqədar bütün Danimarka ərazisində bazarertəsi – 29 sentyabrdan cümə günü – 3 oktyabr 2025-ci ilədək bütünPUA uçuşları üçün müvəqqəti qadağa tətbiq ediləcək.

Qadağa sutka boyu qüvvədə olacaq. Xüsusi hallarda pilotsuztəyyarə operatorları təcili və sosial əhəmiyyətli uçuşlarla bağlıqadağadan azad olunmaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, hava məkanı Mülki Aviasiya Qanununun müddəalarınauyğun olaraq bağlanıb. Bu qanun nəqliyyat nazirinə ictimaitəhlükəsizliyi təmin etmək üçün lazım olduqda həm bütün havaməkanını, həm də onun hissələrini bağlamaq hüququ verir.

Chosen
39
5
az.trend.az

10Sources