Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin aeroport yolu adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, qəza nəticəsində Gəncə şəhər sakinləri 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır

Faktla bağlı araşdırma başlanılıb