Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilir.
Tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
08:58
Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi keçiriləcək.
Gəncə Şəhər Stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.Tədbirdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.